Dmitri Peskov: ''Qəzzada humanitar fasilənin uzadılmasını istəyirik''

Kremlin mətbuat xidmətinin katibi Dmitri Peskov İsrailin Qəzza zolağında hərbi əməliyyatlara yenidən başlamasına münasibət bildirib.

2071647
Dmitri Peskov: ''Qəzzada humanitar fasilənin uzadılmasını istəyirik''

Kremlin mətbuat xidmətinin katibi Dmitri Peskov İsrailin Qəzza zolağında hərbi əməliyyatlara yenidən başlamasına münasibət bildirib.
Dmitri Peskov deyib: "Biz humanitar fasilənin uzadılmasını istəyirik''.
Kremlin mətbuat xidmətinin katibi jurnalistlərin İsrailin Qəzza zolağına hücumlarını dayandıran “humanitar fasilə''nin sona çatmasından sonra İsrailin hərbi əməliyyatlara yenidən başlaması ilə bağlı sualını cavablandırıb.
Qəzzada humanitar fəlakətin yaşandığına diqqət çəkən Dmitri Peskov deyib:"Əlbəttə, biz humanitar fasilənin uzadılmasını istəyirik. Hazırda Qəzzada baş verən humanitar fəlakətin miqyasını və girovların azad edilməsi prosesinin tamamlanmadığını nəzərə alaraq, bunun daha məqsədəuyğun olacağını düşünürük".
Dmitri Peskov həmçinin bildirib ki, bu prosesdə Rusiya öz vətəndaşlarının azad edilməsi üçün tərəflərlə əlaqə saxlamağa davam edəcək.
İsrail və Həmas arasında əldə olunan razılaşma çərçivəsində noyabrın 24-ü səhər saatlarında qüvvəyə minən “humanitar fasilə” dünən səhər saatlarında başa çatıb. İsrail humanitar fasilə başa çatdıqdan sonra Qəzza zolağına hücum etməyə başlayıb.



Әlaqәli Xәbәrlәr