Nigeriyada hərbi helikopter qəzaya uğradı

Bu barədə Nigeriya Hərbi Hava Qüvvələrinin sözçüsü Edvard Qabkvet məlumat verib.

2071544
Nigeriyada hərbi helikopter qəzaya uğradı

Nigeriya Hərbi Hava Qüvvələrinə (NAF) məxsus hərbi helikopter Rivers ştatında qəzaya uğrayıb.
Bu barədə Nigeriya Hərbi Hava Qüvvələrinin sözçüsü Edvard Qabkvet məlumat verib.
O, Rivers əyalətində neft oğrularına qarşı əməliyyat üçün havaya qalxan "MI-35P" tipli hərbi helikopterin qəzaya uğradığını bildirib.
Qabkvet helikopterdəki 5 əsgərin yüngül yaralandığını qeyd edib.
Helikopterin qəzaya uğrama səbəbinin hələlik məlum olmadığını bildirən Qabkvet hadisə ilə bağlı istintaqın aparıldığını bildirib.



Әlaqәli Xәbәrlәr