İordan çayının qərb sahilində öldürülən uşaq sayı

İsrailin işğalı altında olan İordan çayının qərb sahilində sadəcə cari il öldürülən fələstinli uşaqların sayının ən az 101 olduğu açıqlanıb.

2071392
İordan çayının qərb sahilində öldürülən uşaq sayı

İsrailin işğalı altında olan İordan çayının qərb sahilində sadəcə cari il öldürülən fələstinli uşaqların sayının ən az 101 olduğu açıqlanıb.

Mərkəzi qərargahı İngiltərədə yerləşən “Save the Children” qeyri-hökumət təşkilatı tərəfindən verilən açıqlamada oktyabrın 7-dən bu yana İsrail əsgərləri və ya qeyri-qanuni köçkünlər tərəfindən öldürülən fələstinli uşaqların sayının 63 olduğu, hər gün birdən çox uşağın öldürüldüyü vurğulanıb. 

İordan çayının qərb sahilində 388 uşağın didərgin salındığı qeyd edilən açıqlamada bölgədəki uşaqların vəziyyətinin gündən-günə pisləşdiyi qeyd edilib.

İsrailə uşaqlara qarşı güc tətbiqini dayandırmağa çağırış edilərkən, uşaq qətlləri ilə bağlı müstəqil araşdırma aparılmasının vacibliyi vurğulanıb.

"Save the Children" daha əvvəl elan etmişdi ki, İsrailin Qəzzaya hücumları nəticəsində ölən uşaqların sayı 2019-cu ildən bəri dünyanın bütün münaqişə zonalarında öldürülən uşaqların ümumi sayından çoxdur.



Әlaqәli Xәbәrlәr