Blinken Netanyahu və Abbasla görüşüb

ABŞ dövlət katibi Entoni Blinken İsrailin Baş naziri Benyamin Netanyahu və Fələstin Prezidenti Mahmud Abbasla ayrı-ayrılıqda görüşüb.

2071343
Blinken Netanyahu və Abbasla görüşüb
blinken-abbas.jpg
blinken-netanyahu.jpg

ABŞ dövlət katibi Entoni Blinken İsrailin Baş naziri Benyamin Netanyahu və Fələstin Prezidenti Mahmud Abbasla ayrı-ayrılıqda görüşüb.

ABŞ Dövlət Departamenti Orta Şərq səfəri çərçivəsində İsrailə gedən Blinkenin Netanyahu və Müharibə Kabineti ilə görüşü ilə bağlı açıqlama yayıb.

Açıqlamaya görə, Blinken ABŞ-ın İsrailin “beynəlxalq hüquqa uyğun olaraq özünümüdafiə etmək hüququnu” dəstəklədiyini bəyan edib.

Blinken ayrıca İsraili mülki insanlara zərər verməmək üçün hər cür tədbir görməyə çağırıb.

Blinken vurğulayıb ki, Qəzzanın cənubunda hər hansı bir hərbi əməliyyatdan əvvəl oradakı mülki vətəndaşlar qorunmalı və onların ehtiyacları nəzərə alınmalıdır.

Görüş zamanı "Həmas" ilə əsir mübadiləsi və Qəzzaya humanitar yardımın çatdırılmasının sürətləndirilməsi məsələsi də müzakirə olunub.

Blinken İordan çayının qərb sahilinin Ramallah şəhərində Fələstin Prezidenti Abbasla da görüşüb.

Görüş zamanı Blinken Qəzzaya humanitar yardımın çatdırılmasının sürətləndirilməsi istiqamətində səyləri müzakirə edib və İordan çayının qərb sahilində Fələstin vətəndaşlarına qarşı ekstremist zorakılığı pislədiyini və günahkarların məsuliyyətə cəlb olunmasında israr etməyə davam edəcəyini bildirib.

Görüşdə həmçinin İordan çayının qərb sahilində fələstinlilərin təhlükəsizliyini və azadlığını artırmaq üçün təcili tədbirlərin görülməsinə ehtiyac olduğu da dilə gətirilib.

Blinken həmçinin bildirib ki, ABŞ Fələstin dövlətinin qurulması istiqamətində konkret addımlar atmağa sadiqdir.



Әlaqәli Xәbәrlәr