Somalidə sel və daşqınlar 100-dən çox adamın ölümünə bais oldu

Somali prezidenti Həsən Şeyx Mahmud dövlət televiziyasına verdiyi açıqlamada leysan yağış və daşqınlar nəticəsində ölənlərin sayının artdığı barədə məlumat paylaşıb ...

2070870
Somalidə sel və daşqınlar 100-dən çox adamın ölümünə bais oldu

 

  Somalidə təxminən iki həftədir davam edən şiddətli yağış və daşqınlar nəticəsində ölənlərin sayı 100-ü keçib.

  Somali prezidenti Həsən Şeyx Mahmud dövlət televiziyasına verdiyi açıqlamada leysan yağış və daşqınlar nəticəsində ölənlərin sayının artdığı barədə məlumat paylaşıb və həyatını itirənlərin sayının 100-ü keçdiyini söyləyib: “Daşqınlardan 2,5 milyon insan zərər çəkib. 1,1 milyon adam köç etmək məcburiyyətində qalıb. Daşqınlar nəticəsində 4 min ev heyvanı tələf olub, 140 min ev dağılıb”.

  Qeyd edək ki, son illərin ən şiddətli quraqlığını yaşayan Somali və Keniya iqlim dəyişikliyindən ən çox təsirlənən ölkələr sırasındadır.

  Somalinin bəzi bölgələrində daşqınlarla əlaqədar "fövqəladə vəziyyət" elan edilib.



Әlaqәli Xәbәrlәr