Qaçqınların böyük faizinin Avropaya ilk olaraq ayaq basdığı ada

İtaliyanın ANSA agentliyinin xəbərində deyilir ...

2069516
Qaçqınların böyük faizinin Avropaya ilk olaraq ayaq basdığı ada

 

  573 qeyri-qanuni mühacir İtaliyanın Lampeduza adasına gedib.

  İtaliyanın ANSA agentliyinin xəbərində İtalya Sahil Mühafizəsi qruplarının Lampeduza ətrafındakı patrul gəmilərinin içərisində 573 nəfərin olduğu balıqçı gəmisinin adaya yaxınlaşmasına şərait yaratdığı bildirilib.

  Xəbərdə çoxlu nizamsız immiqrantın tək qayıqdan düşdüyü, qaçqınlar arasında Suriya, Misir, Banqladeş, Pakistan və Efiopiya vətəndaşlarının olduğu qeyd edilib.

  Gəminin Liviyadan yola çıxdığı bildirilib.

  İtaliya Daxili İşlər Nazirliyinin məlumatına görə, 2023-cü il yanvarın 1-dən noyabrın 27-dək ölkəyə qayıqlarla 151 min 384 qeyri-qanuni mühacir gəlib. Ötən ilin eyni dövründə bu rəqəm 94 min 343 olub.

  Qeyd edək ki, İtaliyaya gedən qeyri-qanuni mühacirlərin təxminən 70 faizi Avropaya ilk olaraq Lampeduzadan ayaq basır. Ciddi miqrasiya təzyiqinə məruz qalan Lampeduza adasına təkcə 2023-cü ilin 11-17 sentyabr həftəsində 11 minə yaxın qeyri-qanuni mühacir gedib. Bu vəziyyət adada fövqəladə vəziyyət elan edilməsinə səbəb olub. Avropa İttifaqının sədri Ursula von der Leyen adaya səfər edərək mühacirlərlə bağlı 10 maddəlik “İtaliyaya dəstək planı”nı açıqlayıb.



Әlaqәli Xәbәrlәr