E.Blinken İ.Əliyev və N.Paşinyanla danışdı

ABŞ Dövlət Departamentindən verilən yazılı məlumata görə ...

2069719
E.Blinken İ.Əliyev və N.Paşinyanla danışdı

 

  Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla telefonla danışıb.

 ABŞ Dövlət Departamentindən verilən yazılı məlumata görə, Blinken Əliyev və Paşinyanla iki ölkə arasında sülh danışıqlarını müzakirə edib.

  İ.Əliyevin “Davamlı sülh sazişi”nə sadiqliyini alqışlayan E.Blinken deyib: “Münaqişələr hər iki tərəfə əziyyət verir. İki ölkə arasında sülh danışıqları yekunlaşmalıdır”.

  ABŞ dövlət katibi N.Paşinyanla da sülh danışıqlarının vacibliyini dilə gətirib.

  Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanı noyabrın 21-də sülh sazişi üzrə danışıqlar üçün birbaşa ikitərəfli danışıqlara başlamağa çağırıb. Nazirlikdən verilən açıqlamada bildirilib ki, Ermənistanın sülh sazişi layihəsi ilə bağlı Azərbaycanın təkliflərinə cavab verməsinin təxminən 2,5 ay çəkməsi prosesi ciddi şəkildə ləngidir.

  Qeyd edək ki, noyabrın 30-da Ermənistan və Azərbaycan sərhədlərinin müəyyən edilməsi komissiyaları iki ölkə arasında sərhəd bölgəsində görüşəcəklər.



Әlaqәli Xәbәrlәr