“Yeni məscidlərin tikintisinə icazə verilməməli, o birilər sökülməlidir”, C.Akesson

İsveçin baş naziri Ulf Kristersson TT xəbər agentliyinə sözügedən mövzu ilə bağlı açıqlamasında deyib ...

2068901
“Yeni məscidlərin tikintisinə icazə verilməməli, o birilər sökülməlidir”, C.Akesson

 

  İsveçdə baş nazir Ulf Kristerssonun azlıq hökumətini kənardan dəstəkləyən ifrat sağçı İsveç Demokratlar Partiyasının (SD) sədri Cimmi Akessonun ölkədə yeni məscidlərin tikintisinə icazə verilməməsi və mövcud ibadətgahların sökülməsini istəyən çıxışı reaksiya doğurub.

  İsveçin dövlət televiziyası SVT mövzu ilə bağlı xəbərlərində ifrat sağçı partiya sədrinin məscidlərin sökülməsinə çağıran açıqlamalarının İsveçin NATO-ya üzvlük prosesinə əlavə yük yarada biləcəyi barədə xəbərdarlıq edib.

  SVT-yə müsahibəsində İsveçin sabiq Türkiyə səfiri Maykl Salin (Michael Sahlin) İsveçin NATO-ya üzvlük müraciətinin Türkiyə tərəfindən təsdiqlənməsinin kritik mərhələsində ölkənin əsas partiyalarından birinin başçısının məscidlərin sökülməsindən bəhs etməsinin yaxşı olmadığını söyləyib.

  İsveçin baş naziri Ulf Kristersson TT xəbər agentliyinə sözügedən mövzu ilə bağlı açıqlamasında deyib: “İsveçdə hər kəs öz dininə təkbaşına və cəmiyyətlə birlikdə etiqad edə bilər. Konstitusiyada hər kəs dini azadlıq hüququna malikdir. Biz ibadət yerlərini sökmürük”.

  Qeyd edək ki, kökləri nasizmə dayanan ifrat sağçı İsveç Demokratlar Partiyası 11 sentyabr 2022-ci ildə keçirilən son seçkilərdə parlamentdə ikinci ən böyük qrupa sahibdir.



Әlaqәli Xәbәrlәr