Savaşdan sonra Qətər nümayəndə heyətinin Qəzzaya ilk səfəri

“Həmas” - İsrail danışıqlarında vasitəçi olan Qətərdən bir nümayəndə heyəti blokadada olan Qəzzaya gedib ...

2068957
Savaşdan sonra Qətər nümayəndə heyətinin Qəzzaya ilk səfəri

 

  “Həmas” - İsrail danışıqlarında vasitəçi olan Qətərdən bir nümayəndə heyəti blokadada olan Qəzzaya gedib.

  Misir və Qəzza zolağı arasında Rəfah sərhəd qapısının media direktoru Vail Əbu Muhsin, Qətərin beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri Lulva Binti Rəşid əl-Hatir və Qətər Qəzzanı Yenidən Qurma Komitəsinin sədr müavini Xalid əl-Hərdan Rəfah sərhəd qapısı Qəzza zolağında olublar.  

  Qətər yüksək rütbəli rəsmilərinin İsrail və “Həmas” arasındakı qarşıdurmalarda humanitar fasilənin 3-cü günündə baş tutan səfərilə bağlı başqa məlumat verilməyib. Bu, İsrailin Qəzza zolağına oktyabrın 7-də başlayan hücumlarından sonra Qətər nümayəndə heyətinin bölgəyə ilk səfəridir.

  Xatırladaq ki, Qətər, Misir və ABŞ-ın vasitəçiliyi ilə əldə edilən İsrail və “Həmas” arasındakı toqquşmalarda 4 günlük humanitar fasilə ilə bağlı razılaşma 24 noyabr cümə günü yerli vaxtla saat 07:00-da qüvvəyə minib.



Әlaqәli Xәbәrlәr