“İsrail Qəzzanın cənubundan şimala keçidə icazə verməyəcəkdir”, A.Adrai

İsrail ordusunun sözçüsü Aviçay Adrai “X” sosial media platformasında Qəzzanın şimalının döyüş bölgəsi olduğunu bildirərək yazıb ...

2068879
“İsrail Qəzzanın cənubundan şimala keçidə icazə verməyəcəkdir”, A.Adrai

 

  İsrail ordusu Qəzzanın cənubuna köçməyə məcbur etdiyi 1 milyon 750 min mülki vətəndaşın humanitar fasilə zamanı evlərinin olduğu şimal tərəfinə keçməsinə qadağa qoyub.

  İsrail ordusunun sözçüsü Aviçay Adrai “X” sosial media platformasında Qəzzanın şimalının döyüş bölgəsi olduğunu bildirərək yazıb: “İsrail Qəzza zolağının cənubundan şimala keçidə icazə verməyəcəkdir.

  Qəzzalılardan münaqişələrə verilən humanitar fasilə zamanı cənuba keçmək üçün istifadə etmələrini istəyirik.

  Şəhərin şimalında sərhədə bir kilometrdən çox yaxınlaşmayın.

  Dənizdə çimmək qadağandır”.

  Xatırladaq ki, İsrail və “Həmas” arasındakı toqquşmalarda 4 günlük humanitar fasilə ilə bağlı razılaşma 24 noyabr cümə günü yerli vaxtla saat 07:00-da qüvvəyə minib. Razılaşmaya əsasən, “Həmas”ın saxladığı 50 israilli məhbusun müqabilində İsrail həbsxanalarında olan 150 fələstinlinin azad edilməlidir.

  İndiyədək blokadada olan Qəzza zolağından olan 26 israilli qadın və uşaq, İsrail həbsxanalarında saxlanılan 78 fələstinli qadın və uşaq buraxılıb.

 



Әlaqәli Xәbәrlәr