Gəminin qaçırılması "şübhəli piratçılıq"dır

Gəminin israilli iş adamına məxsus olduğu bildirilir

2068974
Gəminin qaçırılması "şübhəli piratçılıq"dır

 

  Yəmən sahillərində yük gəmisi qaçırılıb.

  “Zodiac Maritime”a məxsus və göyərtəsində 22 ekipaj üzvü olan “Central Park” yük gəmisi Qırmızı dənizdəki Ədən körfəzində qaçırılıb.

  Gəminin israilli iş adamına məxsus olduğu bildirilir.

  “Zodiac Maritime” tərəfindən verilən məlumatda yazılıb: “Hadisə "şübhəli piratçılıq"dır. Narahatlığımız gəmidəki 22 ekipaj üzvünün təhlükəsizliyi məsələsidir.

  Kapitanı türk olan gəminin heyəti Rusiya, Vyetnam, Bolqarıstan, Hindistan, Gürcüstan və Filippin vətəndaşlarından ibarətdir.

  Gəmiyə fosfor turşusu yüklənmişdi”.

  Qeyd edək ki, “Zodiac Maritime” israilli milyarder Eyal Oferə məxsus “Zodiac Group” holdinqin bir şirkətidir.

  Hələ heç bir qrup gəminin qaçırılmasına görə məsuliyyəti öz üzərinə götürməyib.

  Xatırladaq ki, Yəməndəki husilər 25 ekipaj üzvü olan “Galaxy Leader” yük gəmisini 19 noyabrda İsraillə əlaqəsi olduğu üçün Qırmızı dənizdə ələ keçirmişdi.



Әlaqәli Xәbәrlәr