Co Beyden: ''İndiyədək hər şey yolundadır''

ABŞ prezidenti Co Bayden İsrail və ''Həmas'' arasında əsir mübadiləsinə dair əldə olunan razılaşma ilə bağlı deyib: "Bu, yalnız başlanğıcdır. İndiyədək hər şey yolundadır''.

2068636
Co Beyden: ''İndiyədək hər şey yolundadır''

ABŞ prezidenti Co Bayden İsrail və ''Həmas'' arasında əsir mübadiləsinə dair əldə olunan razılaşma ilə bağlı deyib: "Bu, yalnız başlanğıcdır. İndiyədək hər şey yolundadır''. 
ABŞ prezidenti Co Bayden keçirdiyi mətbuat konfransında əsir mübadiləsi və humanitar fasilə üçün bir sıra görüşlər  həyata keçirdiklərini vurğulayaraq razılaşmanın əldə olunması üçün göstərdikləri səylərə görə  Qətər Əmiri Şeyx Təmim bin Hamed Əl Sani, Misir prezidenti Əbdülfəttah əs-Sisi və İsrailin baş naziri Benyamin Netanyahuya təşəkkür edib.
Humanitar fasilənin ilk günündə əsir mübadiləsini müsbət qiymətləndirdiyini və hər şeyin yaxşı getdiyini qeyd edən Bayden, növbəti günlərdə onlarla əsirin azad ediləcəyini gözlədiklərini söylədi.
ABŞ vətəndaşlarının azad edilməsi üçün də çalışdıqlarını vurğulayan Bayden bu məqsədlə Qətər, Misir və İsrail liderləri ilə əlaqə saxladığını bildirib.
Prezident Bayden bildirib ki, münaqişədə humanitar fasilə Qəzzada mülki əhalinin ehtiyac duyduğu qida, dərman, su və yanacağın çatdırılması üçün bir fürsətdir.
Bayden ABŞ-ın Yaxın Şərqdəki humanitar məsələlər üzrə xüsusi nümayəndəsi David Satterfild ilə humanitar yardımla bağlı görüşdüyünü və hadisələri yaxından izlədiyini vurğulayıb.

Qeyd edək ki, İsraillə əldə olunan əsir mübadiləsi razılaşması çərçivəsində Həmas bu gün 13 israilli girovu, İsrail isə həbsxanalarındakı  24-ü qadın və 15-i 18 yaşdan kiçik uşaq olmaqla 39 fələstinli girovu azad edib.



Әlaqәli Xәbәrlәr