İsrail Livanın cənubundakı sərhəd bölgəsinə fosfor bombası ilə hücum etdi

İsrail ordusunun Livanın cənubundakı sərhəd bölgəsinə ağ fosfor bombası ilə hücum etdiyi bildirilib.

2068441
İsrail Livanın cənubundakı sərhəd bölgəsinə fosfor bombası ilə hücum etdi

İsrail ordusunun Livanın cənubundakı sərhəd bölgəsinə ağ fosfor bombası ilə hücum etdiyi bildirilib.
Livanın rəsmi NNA agentliyinin yaydığı xəbərə görə, İsrail qüvvələri Livanın Meys əl-Cəbel qəsəbəsini fosfor bombası ilə hədəf alıb.
İsrail ordusu həmçinin sərhəd bölgəsində yerləşən Rəşafi şəhəri, Alma əş-Şaab, Mecdel və Teyr Harfa şəhəri ətrafındakı əraziləri də artilleriya atəşinə tutub.
Hizbullah da son 24 saat ərzində İsrailin 18 hərbi məntəqəsinə hücum edib.
Hizbullahın verdiyi son bəyanatda Yiftah, Əl-Malikiyye, Birket Rişe, Ziryat, Er-Rahib, Bustan, Cəl əl-Alem və Ramyadakı İsrail hərbi məntəqələrinin idarə olunan raketlərlə vurulduğu qeyd olunub.
Hizbullah daha əvvəl İsrailin 10 hərbi məntəqəsinin hədəf alındığını açıqlamışdı.
Oktyabrın 8-dən İsrail ordusu ilə Hizbullah arasında yaşanan qarşıdurmalarda 85 Hizbullah üzvü və 6 İsrail əsgəri həlak olub.



Әlaqәli Xәbәrlәr