Şimali Koreya Cənubi Koreya ilə əldə olunan sazişi ləğv edib

Şimali Koreya Cənubi Koreya ilə 19 sentyabr 2018-ci ildə imzaladığı hərbi gərginliyin azaldılmasına dair sazişi ləğv etdiyini açıqlayıb.

2067976
Şimali Koreya Cənubi Koreya ilə əldə olunan sazişi ləğv edib

Şimali Koreya Cənubi Koreya ilə 19 sentyabr 2018-ci ildə imzaladığı hərbi gərginliyin azaldılmasına dair sazişi ləğv etdiyini açıqlayıb.
Bu barədə Şimali Koreyanın Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) Müdafiə Nazirliyinə istinadən yaydığı məlumatda bildirilib.
Məlumatda razılaşma səbəbindən ləğv edilən bütün hərbi tədbirlərin yenidən tətbiq ediləcəyi ifadə edilib.
Məlumatda həmçinin Şimali Koreya ordusunun artıq sözügedən razılaşmaya əməl etməyəcəyi, iki ölkə arasındakı hərbi sərhəd xəttinə daha güclü silahlı qüvvələrin və yeni hərbi texnikanın yerləşdiriləcəyi bildirilib.



Әlaqәli Xәbәrlәr