Məhəmməd İşitiyə: "İsrail Qəzza zolağının 40 faizini işğal edib"

Fələstinin Baş naziri Məhəmməd İşitiyə İsrail ordusunun blokadada olan Qəzza zolağının 40 faizini işğal etdiyini bildirib.

2067926
Məhəmməd İşitiyə: "İsrail Qəzza zolağının 40 faizini işğal edib"

Fələstinin Baş naziri Məhəmməd İşitiyə İsrail ordusunun blokadada olan Qəzza zolağının 40 faizini işğal etdiyini bildirib. 

Baş nazirlikdən verilən yazılı açıqlamaya görə, İştiye bunu Qəzza zolağında baş verən hücumları müzakirə etmək üçün Ramallahda keçirilən fövqəladə sessiyanın açılışında etdiyi çıxışında deyib.

Oktyabrın 7-dən sonra Qəzza və İordan çayının qərb sahilində vəziyyətin pisləşməsinə toxunan İştiyə Qəzzada baş verən kütləvi qırğınlar, məcburi köçkünlər, eləcə də su və elektrik enerjisinin kəsilməsi, qida və dərmanların paylanmasında maneələrin şərtləri daha da çətinləşdirdiyini bildirib.

İsrailin törətdiyi cinayətlərin "Fələstin xalqına qarşı müharibə cinayətləri və soyqırımı" olduğunu ifadə edən İştiye "Hazırda İsrail Qəzza zolağının təxminən 40 faizini işğal edir. İsrail hər zaman işğalçı dövlət olub" deyib.

İştiye vurğulayıb ki, soyuqqanlı şəkildə silah və aclıqdan öldürülən dinc sakinlər və günahsız uşaqlar, eləcə də ölümə tərk edilən yaralılar üçün bütün məsuliyyət İsrailin üzərinə düşür.

Fələstinin baş naziri qeyd edib ki, İsrail İordan çayının qərb sahilində Fələstin xalqına qarşı qətl, dini yerləri zəbt etmək, yeni yaşayış məntəqələri və nəzarət-buraxılış məntəqələri qurmaq, mövcud vəsaitləri kəsmək kimi zülmkar əməllərini davam etdirir.

İsrail və "Həmas" arasındakı qarşıdurmalara humanitar fasilə verəcək razılaşmadan məmnunluğunu ifadə edən İştiye Fələstin Nazirlər Şurasının Qəzza və İordan çayının qərb sahilindəki hücumları tamamilə dayandırması tələbini təkrarlayıb.

İştiyə qida, dərman və yardım materiallarının heç bir şərt olmadan təmin edilməsinin vacibliyini də vurğulayıb.



Әlaqәli Xәbәrlәr