G7 ölkələrinin XİN rəhbərləri birgə bəyanat yaydı

G7 ölkələrinin xarici işlər nazirləri Şimali Koreyanın orbitə casus peyki daşıyan raket buraxmasını qətiyyətlə pisləyiblər.

2067900
G7 ölkələrinin XİN rəhbərləri birgə bəyanat yaydı

G7 ölkələrinin xarici işlər nazirləri Şimali Koreyanın orbitə casus peyki daşıyan raket buraxmasını qətiyyətlə pisləyiblər.
G7 ölkələrinin xarici işlər nazirləri Şimali Koreyanın "Malligyong-1" adlı casus peyki daşıyan raketi orbitə buraxması ilə bağlı bəyanat yayıb.
Bəyanatda bu hərəkətin bölgədəki sülh və sabitliyə təhdid yaratdığı vurğulanıb.
Pxenyan administrasiyasına nüvə proqramlarından imtina etməsi ilə əlaqədar çağırış edilib və Şimali Koreyanın nüvə silahına malik dövlət statusuna heç vaxt sahib olmayacağı vurğulanıb.
XİN rəhbərləri Koreya yarımadasının nüvə silahından tamamilə təmizlənməsinin vacibliyinə diqqət çəkiblər..
Bəyanatda həmçinin nüvə və ya ballistik raketlərlə bağlı texnologiyaların Şimali Koreyaya göndərilməsi ehtimalından narahatıq ifadə olunub və Şimali Koreyanın Rusiyaya silah tədarük etməsi kəskin şəkildə pislənilib.
Qeyd edək ki, Şimali Koreya rəsmiləri çərşənbə axşamı "Malligyong-1" peykinin uğurla orbitə buraxıldığını elan ediblər.



Әlaqәli Xәbәrlәr