Cammu və Kəşmirdə qarşıdurma, 4 hərbçi ölüb

Hindistanın Cammu və Kəşmir bölgəsində müqavimətçilərlə qarşıdurmada 4 hind əsgəri ölüb.

2067949
Cammu və Kəşmirdə qarşıdurma, 4 hərbçi ölüb

Hindistanın Cammu və Kəşmir bölgəsində müqavimətçilərlə qarşıdurmada 4 hind əsgəri ölüb.
''Associated Press''in (AP) agentliyinin Hindistan hərbi mənbələrinə istinadən yaydığı məlumata görə,  dünən səhər saatlarında Rajouri rayonunun cənubundakı meşəlik ərazidə müqavimətçilərlə əsgərlər arasında qarşıdurma olub.
Qarşıdurma zamanı 2-si kapitan olmaqla 4 Hindistan əsgərinin həlak olduğu qeyd edilib.
''Indian Express''in yaydığı məlumatda qarşıdurmada bir müqavimətçinin də həyatını itirdiyi bildirilib.
Hindistan mətbuat orqanlarının yaydığı məlumatda isə bölgəyə əlavə qüvvələrin göndərildiyi və üsyançılara qarşı əməliyyatın davam etdiyi vurğulanıb.
Noyabrın 17-də Cammu və Kəşmirin Kulqam bölgəsində müqavimətçilərə qarşı başladılan əməliyyatda 5 müqavimətçinin  öldürüldüyü bildirilib.



Әlaqәli Xәbәrlәr