İsrail Qəzzaya zərbələr endirməyə davam edir

İsrailə məxsus döyüş təyyarələrinin gözlənilən humanitar atəşkəsdən əvvəl  Qəzza zolağının Xan Yunis, Deyr əl-Belah və Cibəliyyə bölgələrini bombalaması nəticəsində  44 nəfər ölüb, onlarla insan yaralanıb.

2067144
İsrail Qəzzaya zərbələr endirməyə davam edir

İsrailə məxsus döyüş təyyarələrinin gözlənilən humanitar atəşkəsdən əvvəl  Qəzza zolağının Xan Yunis, Deyr əl-Belah və Cibəliyyə bölgələrini bombalaması nəticəsində  44 nəfər ölüb, onlarla insan yaralanıb.
Fələstinin WAFA xəbər agentliyinin məlumatına görə, Xan Yunis qaçqın düşərgəsinin qərbində yerləşən Hamed şəhərində bir binaya edilən hava hücumu nəticəsində azı 15 nəfər ölüb, əksəriyyəti uşaq və qadın olmaqla  25 nəfər də yaralanıb.
Qəzzanın mərkəzi hissəsindəki Deyr əl-Bələh bölgəsində Əbu Şemmas ailəsinin evinin bombalanması nəticəsində 24 nəfər həyatını itirib. 
Qəzzanın şimalındakı Cibaliya qaçqın düşərgəsinə edilən hava hücumunda 3-ü axtarış-xilasetmə qrupundan olmaqla 5 nəfər həyatını itirib. Eyni ərazidə daha bir evə də hücum edilib.
WAFA xəbər agentliyi Əbdu Rabbu, Əbu Qəzzə, Əbu Şemmas və Ər-Riyati ailələrindən ölən və yaralananların Əqsa Şəhidləri Xəstəxanasına aparıldığını açıqlayıb.

Xatırladaq ki, ''Həmas''ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları İsrailin fələstinlilərə və onların müqəddəs dəyərlərinə qarşı davamlı pozuntularına cavab olaraq oktyabrın 7-də səhər saatlarında hərtərəfli hücuma keçib. İsrail qüvvələri də buna cavab olaraq Qəzza zolağına intensiv hücumlara başlayıb.

İsrail oktyabrın 7-dən bu yana 310-dan çoxu əsgər olmaqla 1200-dən çox israillinin öldüyünü, 5132 nəfərin yaralandığını açıqlayıb. Qəzza zolağında baş verən qarşıdurmalarda 68 İsrail əsgəri də həlak olub.

İsrailin məlumatına görə, Qəssam Briqadalarının əlində 239 israilli girov var.

Qəzzadakı hökumətin məlumatına görə, İsrailin oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda Qəzza zolağında 5 840-ı uşaq və 3 920-si qadın olmaqla 14128 adam həlak olub.
Oktyabrın 7-dən bəri işğal altındakı İordan çayının qərb sahili və Qüdsdə İsrail qüvvələrinin və yəhudilərin hücumları nəticəsində 218 fələstinli həyatını itirib.

İsrail ordusu Qəzzada on minlərlə yaralı və mülki vətəndaşın sığındığı onlarla xəstəxananın şəhərciklərinə və  əsas binalarına zərbələr endirib. İşğal zamanı bəzi xəstəxanalara basqın edib.. Hücumlarda yüzlərlə insan ölüb, yaralanıb.
Oktyabrın 8-dən İsrail ordusu ilə Hizbullah arasında sərhəddə baş verən qarşıdurmalarda 78 Hizbullah üzvü ölüb.



Әlaqәli Xәbәrlәr