ABŞ-da yüngülmühərrikli təyyarə qəzaya uğrayıb

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Texas ştatında yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində bir nəfər ölüb.

2067411
ABŞ-da yüngülmühərrikli təyyarə qəzaya uğrayıb

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Texas ştatında yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində bir nəfər ölüb.
ABŞ Federal Aviasiya İdarəsi ''Mooney M20'' tipli təyyarənin Air Park-Dallas hava limanına enməzdən əvvəl qəzaya uğradığını açıqlayıb.
Dallasın Plano rayonundakı ticarət mərkəzinin qarşısında qəzaya uğrayan təyyarə ətrafdakı bəzi mağazalara ziyan vurub, park edilmiş bir avtomobil də yanıb.
Polis rəsmiləri bildiriblər ki, təyyarənin pilotu ölüb.
Hadisə ilə bağlı araşdırmaların davam etdiyi qeyd olunub.



Әlaqәli Xәbәrlәr