İsrailin Qəzzaya hücumlarına beynəlxalq ictimaiyyətin reaksiyası davam edir

İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirən fələstinli uşaqlar İtaliyanın paytaxtı Romada təşkil edilən tədbirdə anılıb.

2066816
İsrailin Qəzzaya hücumlarına beynəlxalq ictimaiyyətin reaksiyası davam edir
italya filistin destek.jpg
italya'da filistin'e destek.jpg
abd filistin destek.jpg

İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirən fələstinli uşaqlar İtaliyanın paytaxtı Romada təşkil edilən tədbirdə anılıb.

İtaliyada yaşayan fələstinlilər və italyanlar "Ümumdünya Uşaq Hüquqları Günü" münasibəti ilə dünən axşam saatlarında paytaxtın Piramide rayonunda bir araya gələrək, İsrailin Qəzza zolağına hücumları nəticəsində həyatını itirən minlərlə fələstinli uşağı yad ediblər.

Hücumlarda həyatını itirən fələstinli uşaqların üzərində adları və yaşları yazılmış fotoşəkillər, kuklalar, şamlar, qərənfillər, simvolik məzar daşları və təmsil olunan körpə cəsədləri tədbir sahəsinin ot sahəsinə yerləşdirilib. Bundan əlavə, şamlarla “Qəzzanı xilas et” yazılıb.

Tədbirdə edilən çıxışlarda fələstinli uşaqların İsrail bombaları ilə öldürüldüyü və bunun bir soyqırım olduğu bildirilib.

Anım tədbirində fələstinli uşaqlar üçün yazılmış bəzi məktublar da oxunub.

Tədbirə qatılan bəzi italyanların əllərində "Qəzzada Holokostu dayandırın" və "Soyqırımı dayandırın" yazıları ilə görüntülənib.

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Kaliforniya ştatındakı Stenford Universitetinin həkimləri, tibb bacıları və tibb tələbələri də İsrailin Qəzzaya hücumlarına etiraz ediblər.

Xatırladaq ki, “Həmas”ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-si gecəsi İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub. İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı “Dəmir qılınclar” əməliyyatına başlayıb.

Artan gərginlikdə hər iki tərəfdən minlərlə itki, minlərlə yaralı var.



Әlaqәli Xәbәrlәr