İsrailin hücumu nəticəsində iki jurnalist də həlak olub

İsrailin Livanın cənubuna endirdiyi hava hücumunda 2-si jurnalist olmaqla 3 nəfərin öldüyü bildirilib.

2066991
İsrailin hücumu nəticəsində iki jurnalist də həlak olub

İsrailin Livanın cənubuna endirdiyi hava hücumunda 2-si jurnalist olmaqla 3 nəfərin öldüyü bildirilib.
Livanın rəsmi NNA xəbər agentliyinin yaydığı məlumata əsasən,
İsrail ordusu Teyr Harfa qəsəbəsi yaxınlığında jurnalistlərin yerləşdiyi bölgəyə hava zərbəsi endirib.
Hücum zamanı Al Mayadeen TV-nin qadın müxbiri Farah Ömer, operator Rabih əl Mamari və 1 mülki şəxsin həyatını itirdiyi bildirilib.
Beləliklə İsrailin oktyabrın 8-dən etibarən Livanın cənubuna təşkil etdiyi hücumlarda həlak olan jurnalistlərin sayı 3-ə yüksəlib.

Qeyd edək ki, mərkəzi Brüsseldə yerləşən Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) İsrailin Qəzzada jurnalistləri öldürməsini pislədiyini açıqlayıb.
IFJ-dən verilən bəyanatda jurnalistlərin ölümləri ilə bağlı dərhal araşdırma aparılması tələb olunub.
Bəyanatda indiyədək İsrail hücumlarında həyatını itirən 62 jurnalistin adları, öldükləri tarix və yerlər yer alıb.
Fələstinin rəsmi WAFA xəbər agentliyi İsrailin oktyabrın 7-dən bu yana Qəzzaya təşkil etdiyi hücumlarda 6-sı qadın olmaqla 62 jurnalisti öldürdüyünü açıqlayıb.


Etiketlәr: #Livan , #jurnalist , #hücum , #İsrail

Әlaqәli Xәbәrlәr