BRİCS qrupunun liderləri Qəzza zolağındakı vəziyyəti müzakirə edəcəklər

BRİCS qrupunun liderləri Qəzza zolağındakı vəziyyəti müzakirə etmək üçün təcili olaraq videokonfrans vasitəsilə görüş keçirəcək.

2066624
BRİCS qrupunun liderləri Qəzza zolağındakı vəziyyəti müzakirə edəcəklər

Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikadan ibarət BRİCS qrupunun liderləri Qəzza zolağındakı vəziyyəti müzakirə etmək üçün təcili olaraq videokonfrans vasitəsilə görüş keçirəcək.

BRİCS-in növbəti sədri Cənubi Afrikanın verdiyi açıqlamaya görə, Qəzzadakı vəziyyətlə bağlı təcili toplantı keçirəcək liderlər yanvarın 1-dən rəsmi üzv olacaq Argentina, İran, Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Efiopiyanın liderlərini də görüşə dəvət edib.

BMT Baş katibi Antonio Quterreşin də dəvət olunduğu toplantıda liderlərin birgə bəyannamə imzalayacağı gözlənilir.



Әlaqәli Xәbәrlәr