Rusiya və İranın xarici işlər nazirləri Qəzzadakı vəziyyəti müzakirə ediblər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.

2066314
Rusiya və İranın xarici işlər nazirləri Qəzzadakı vəziyyəti müzakirə ediblər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.
Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanata görə, Qəzza zolağındakı vəziyyətin müzakirə edildiyi və mövcud vəziyyətlə bağlı narahatlığın ifadə olunduğu görüşdə təcili atəşkəsin təmin edilməsi və mülki əhaliyə yardımın çatdırılmasının vacibliyi qeyd olunub.
Xatırladaq ki, ''Həmas''ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları İsrailin fələstinlilərə və onların müqəddəs dəyərlərinə qarşı davamlı pozuntularına cavab olaraq oktyabrın 7-də səhər saatlarında hərtərəfli hücuma keçib. İsrail qüvvələri də buna cavab olaraq Qəzza zolağına intensiv hücumlara başlayıb.
İsrail oktyabrın 7-dən bu yana 310-dan çoxu əsgər olmaqla 1200-dən çox israillinin öldüyünü, 5132 nəfərin yaralandığını açıqlayıb.
İsrail ordusunun məlumatına görə, oktyabrın 7-dən bu yana Qəzza zolağında baş verən qarşıdurmalarda 62 və Livan sərhədində 6 olmaqla 383 əsgər həlak olub.
İsrailin məlumatına görə, Qəssam Briqadalarının əlində 239 israilli girov var.
Qəzzadakı hökumətin məlumatına görə, İsrailin oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda Qəzza zolağında 5000 mini uşaq və 3300-ü qadın olmaqla 12300 nəfər həlak olub.
Oktyabrın 7-dən bəri İordan çayının qərb sahilində və Qüdsdə İsrail qüvvələrinin və yəhudilərin hücumları nəticəsində 214 fələstinli həyatını itirib.
İsrail ordusu Qəzzada on minlərlə yaralı və mülki vətəndaşın sığındığı onlarla xəstəxanaya ağır zərbələr endirib, işğal zamanı bəzi xəstəxanalara basqın edib. Hücumlarda yüzlərlə insan ölüb və yaralanıb.



Әlaqәli Xәbәrlәr