Nikol Paşinyan ATƏT PA-nın İrəvanda keçirilən sessiyasının açılışında çıxış edib

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Azərbaycanla sülh üçün tələb olunan prinsiplər barədə razılığa gəldiyini bildirib.

2066428

Nikol Paşinyan Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının açılışında çıxış edib.
“İki ölkə fərqli diplomatik dillərdə danışdığı üçün bir-birini başa düşməkdə çətinlik çəkir”, - deyə Nikol Paşinyan qeyd edib.
Nikol Paşinyan bildirib ki, iki ölkə arasında Dağlıq Qarabağ səbəbindən  uzun müddət davam edən və son vaxtlara qədər həlli mümkün olmayan böhran hazırda dalandan çıxıb.
Paşinyanın bəyanatının BMT Beynəlxalq Məhkəməsində Ermənistanın Azərbaycana qarşı qaldırdığı işə baxıldıqdan sonra səsləndirilməsi diqqət çəkib.
Ermənistan baş nazirinin sözlərinə görə, Ermənistan və Azərbaycan ərazi bütövlüklərini qarşılıqlı olaraq tanıyır. Tərəflər 1991-ci ildə Qazaxıstanın Almatı şəhərində imzalanmış bəyannaməni Ermənistanla Azərbaycan arasında sərhədi müəyyən edən siyasi ünsür kimi qəbul edirlər.

Әlaqәli Xәbәrlәr