Fransa Qəzzaya helikopter gəmisi göndərib

Fransa İsrailin hücumları nəticəsində yaralananların müalicəsi üçün xəstəxana xidmətləri göstərəcək şəkildə diyazn edilən yeni helikopter gəmisini Qəzzaya göndərib.

2066343
Fransa Qəzzaya helikopter gəmisi göndərib

Fransa İsrailin hücumları nəticəsində yaralananların müalicəsi üçün xəstəxana xidmətləri göstərəcək şəkildə diyazn edilən yeni helikopter gəmisini Qəzzaya göndərib.

Fransanın müdafiə naziri Sebastien Lekornu "X" sosial media hesabındakı paylaşımında qeyd edib ki, helikopter gəmisində 40 çarpayı, 2 əməliyyat otağı, bir rentgen otağı və labaratoriya var. Gəmi xüsusilə vəziyyəti təcili yardıma ehtiyacı olan yaralı uşaqların müalicəsində istifadə olunacaq.

"Dixmude" adlı helikopter daşıyıcısının bir neçə gün ərzində Misirə çatacağı gözlənilir.

Xatırladaq ki, Fransa ötən ay Tonnerre adlı helikopter gəmisini Qəzzaya göndərib.

İsrailin xəstəxanaları hədəf aldığı və ağır mülki itkilərin qeydə alındığı Qəzzada səhiyyə xidmətləri dayanma nöqtəsinə gəlib. Fransanın göndərdiyi gəmilər kifayət qədər yataq tutumuna malik olmadığı üçün müxalifət tərəfindən tənqid edilir.

Xatırladaq ki, “Həmas”ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-si gecəsi İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub. İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı “Dəmir qılınclar” əməliyyatına başlayıb.

Qəzza hökumətinin məlumatına görə, İsrailin oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda Qəzza zolağında 5 mini uşaq və 3 min 300 qadın olmaqla 13 mindən çox insan həlak olub.



Әlaqәli Xәbәrlәr