İsrail döyüş təyyarələri Xan Yunis və Nusayrat düşərgələrinə intensiv hücumlar həyata keçirib

Fələstinin rəsmi agentliyi WAFA-nın xəbərinə görə, İsrail döyüş təyyarələri Xan Yunis və Nusayrat düşərgələrinə intensiv hücumlar həyata keçirib.

2065958
İsrail döyüş təyyarələri Xan Yunis və Nusayrat düşərgələrinə intensiv hücumlar həyata keçirib

Fələstinin rəsmi agentliyi WAFA-nın xəbərinə görə, İsrail döyüş təyyarələri Xan Yunis və Nusayrat düşərgələrinə intensiv hücumlar həyata keçirib.

İsrail döyüş təyyarələrinin Nusayrat düşərgəsində Zuhd ailəsinin evini bombalaması nəticəsində 13 fələstinli həyatını itirib, onlarla insan yaralanıb.

Xan Yunus rayonunda, Avropa xəstəxanasının yaxınlığında yerləşən Əbu Aker ailəsinə məxsus evin bombalanması nəticəsində bir qadın və uşağı ölüb, çoxlu sayda insan yaralanıb.

Xatırladaq ki, “Həmas”ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-si gecəsi İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub. İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı “Dəmir qılınclar” əməliyyatına başlayıb.

Oktyabrın 7-də İsrailə edilən hücumlarda 310-dan çox əsgər olmaqla 1200 israillinin öldüyü, 5132 nəfərin isə yaralandığı açıqlanıb.

İsrail ordusunun məlumatına görə, oktyabrın 7-dən indiyədək 372 İsrail əsgəri həlak olub, onlardan 51-i Qəzzada, 6-sı isə Livan sərhədində baş verən qarşıdurmalarda həlak olub.

İsrailin məlumatına görə, Qəssam Briqadalarının əlində 239 israilli əsir var.

Qəzza hökumətinin məlumatına görə, İsrailin oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda Qəzza zolağında 5 mini uşaq və 3 min 300 qadın olmaqla 12 mindən çox insan həlak olub.

İşğal altındakı İordan çayının qərb sahili və Qüdsdə də oktyabrın 7-dən bəri İsrail qüvvələri və yəhudi məskunlaşanların hücumları nəticəsində 212 fələstinli həyatını itirib.

İsrail ordusu ilə Hizbullah arasında oktyabrın 8-dən bəri sərhəddə baş verən qarşıdurmalarda 76 Hizbullah üzvü və 6 İsrail əsgəri həlak olub.



Әlaqәli Xәbәrlәr