Olaf Şolts Ukraynadan taxıl ixracında şəxsi töhfəsinə görə Ərdoğana təşəkkür edib

Noyabrın 17-də Berlində səfərdə olan Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya Kansleri Olaf Şolts arasında təkbətək görüş olub.

2065803
Olaf Şolts Ukraynadan taxıl ixracında şəxsi töhfəsinə görə Ərdoğana təşəkkür edib
scholz.jpg
erdogan-scholz.jpg

Noyabrın 17-də Berlində səfərdə olan Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya Kansleri Olaf Şolts arasında təkbətək görüş olub.

Görüşdən sonra Türkiyə Prezidenti ilə Almaniya Kansleri mediaya birgə açıqlama veriblər

Almaniya Kansleri Olaf Şolts öz növbəsində Türkiyenin Ukraynadan taxıl ixracında konstruktiv və mühüm rol oynadığını ifadə edərək, Prezident Ərdoğana bu istiqamətdə şəxsi töhfəsinə görə təşəkkürünü bildirib.

Dünyada bir çox böhranla üzləşdiklərini bildirən Şolts Rusiyanın Ukraynaya qarşı təcavüzünə son qoymaq mövzusunda Ərdoğanla həmfikir olduqlarını bildirib.

İsrailin Qəzzaya hücumlarına da toxunan Solts  "Həmas"ı birmənalı şəkildə qınadıqlarını bildirib və deyib:

"Biz münaqişənin bölgədə yayılmasından narahatıq. İsrailin beynəlxalq hüquqa görə özünümüdafiə etmək hüququ var. Biz deyirik ki, hər bir həyat bərabər dəyərə malikdir. Qəzzadakı insanların yaşadıqlarından da kədərlənirik. Cari il yenidən 160 milyon avro yardım edirik. İki dövlətli həll son məqsəddir. İsrailin mövcud olmaq hüququ mütləqdir. Ölkəmizdə antisemitizmə yer yoxdur".

Almaniyanın humanitar yardımın Qəzzaya daxil olması üçün ilkin mərhələdə addımlar atdığını vurğulayan Şolts "Həmas"ı "Qəzzanı girov götürməkdə" günahlandırıb.

Girovların azad edilməsi və Qəzzada olan əcnəbi vətəndaşların bölgəni tərk etmələri üçün Misir, Qətər və Türkiye kimi ölkələrlə danışıqlar aparıldığını qeyd edən Solts bu məsələnin Aİ sammitində də gündəmə gətirildiyini xatırladıb.

Solts "Həmas"ın 7 oktyabrdakı hücumlarının təkrarlanmasının qarşısının alınmasının vacibliyini müdafiə edərək, gələcəyə bir perspektiv olaraq iki dövlətli həllin dəstəklənməsi lazım olduğunu bildirib.



Әlaqәli Xәbәrlәr