Əqsa məscidi yenə boş qaldı, "TRT Haber" telekanalının komandasına hücum oldu

Əqsa məscidinin ətrafında məhdudiyyətləri davam etdirən İsrail polisi ötən həftələrdə olduğu kimi bu həftə də Əqsada cümə namazı qılmaq istəyən fələstinlilərə mane olub.

2065642
Əqsa məscidi yenə boş qaldı, "TRT Haber" telekanalının komandasına hücum oldu

Əqsa məscidinin ətrafında məhdudiyyətləri davam etdirən İsrail polisi ötən həftələrdə olduğu kimi bu həftə də Əqsada cümə namazı qılmaq istəyən fələstinlilərə mane olub.

İçərişəhər bölgəsində dəmir baryerlərlə sıx təhlükəsizlik tədbirləri görən İsrail qüvvələri səhər saatlarından etibarən fələstinli gənclərin, hətta bəzən yaşlı fələstinlilərin də Əqsa məscidinə daxil olmasına icazə verməyib.

İsrail qüvvələri İçərişəhərdə və giriş qapılarında Əqsa məscidinə daxil olmaq istəyən fələstinli gənclərə kobud davranıb.

Cümə namazı üçün Əqsaya buraxılmayan fələstinlilər namazlarını məscidin ətrafında qılıblar.

İsrail qüvvələri Əqsa məscidi yaxınlığında yerləşən Vadi əl-Cəuz rayonunda fələstinli gənclərə gözyaşardıcı qaz və üfunətli su ilə müdaxilə edib.

Bu arada, cümə namazından əvvəl Əqsa məscidinə gedən fələstinlilərə qarşı İsrail qüvvələrinin maneə törətdiyini və güc tətbiq etdiyini xəbərini çatdıran "TRT Haber" telekanalının komandası İsrail polisinin hücumuna məruz qalıb.

İsrail polisi bölgədə sadəcə baş verənləri çatdıran "TRT Haber" kanalı komandasına fiziki müdaxilə edən İsrail polisi silahının lüləsi ilə telekanalın fotokamerasını sındırıb.

İsrail qüvvələri daha əvvəl müxtəlif bəhanələrlə "TRT Haber" telekanalının komandasının xəbər hazırlamasına müxtəlif bəhanələrlə mane olub.



Әlaqәli Xәbәrlәr