BMT İsraili Qəzza zolağındakı işğalını cənuba doğru genişləndirməməyə çağırıb

Ceremi Lorens "Hazırda yeganə çıxış yolu müharibəni dayandırmaqdır” deyib.

2065721
BMT İsraili Qəzza zolağındakı işğalını cənuba doğru genişləndirməməyə çağırıb

Birləşmiş Millətlər Təşkilatı (BMT) İnsan Haqları üzrə Ali Komissarının sözçüsü Ceremi Lorens İsrailin Qəzza zolağındakı işğalını cənuba doğru genişləndirməsinin "ciddi risklər" yaratdığını və mülki əhalinin müdafiəsinin birinci prioritet olduğunu bildirərək, "Hazırda yeganə çıxış yolu müharibəni dayandırmaqdır” deyib.

BMT-nin Cenevrə ofisinin həftəlik mətbuat konfransından sonra Türkiyenin "Anadolu" (AA) xəbər agentliyi müxbirinin "İsrail Qəzza zolağının işğalını cənuba doğru genişləndirməyə hazırlaşır. Bu vəziyyət cənuba mənfi təsir göstərəcək və mülki əhalinin sürgün edilməsində daha böyük bir fəlakət səbəb olacaq. Buna reaksiyanız necədir?" sualına cavab verən Laurens deyib:

"Bizim reaksiyamız, həmişə olduğu kimi, beynəlxalq humanitar hüququn ön planda olmasıdır. Buna görə də, mülki şəxslərin, onların əmlakının və dolanışıq vasitələrinin müdafiəsi birinci yerdə olmalıdır. Amma onlar indi Qəzzanın cənubuna doğru irəliləyirlərsə (İsrail) sonuncu çağırış onları dayandırmaqdır”.

Laurens Qəzzada atəşkəsin vacibliyini vurğulayaraq deyib:

"Burada mülki insanların həyatı təhlükədədir, 10 mindən çox dinc sakinin öldürüldüyünü gördük, bu dəlilikdir. Ölənlərin çoxu qadın və uşaqlardır. Yalnız bir həll yolu var, o da atəşkəsdir. Buna son qoyulmalıdır". 

AA müxbirinin "Sizcə, İsrail Qəzza zolağının cənubuna doğru işğalını genişləndirsə, bölgə üçün daha böyük bir fəlakət olacağını düşünürsünüzmü?" sualına Laurens "Təbii ki, bunun riskləri böyükdür. Qəzzanın cənubunda daha çox insan var, çünki onlar şimaldan qaçıblar. Birdən 2 milyon insanı şəhərin yarısı böyüklüyündə bir əraziyə sıxışdırıb, bunların potensial artilleriya atəşi və küçə toqquşmaları arasında qalmasını gözləyə bilməzsiniz. Mülki əhalinin qorunması vacibdir və bu, hazırda birinci prioritet olmalıdır. Hazırda yeganə həll yolu müharibəni dayandırmaqdır" cavabını verib.



Әlaqәli Xәbәrlәr