Bayden və Kişida Fumionun İsrailə çağırışı

Bayden və Fumio Kişida “özünümüdafiə hüququna malik olduğunu” bildirdikləri İsraili beynəlxalq humanitar hüquqa riayət etməyə və mülki insanları qorumağa çağırıb.

2065675
Bayden və Kişida Fumionun İsrailə çağırışı

ABŞ Prezidenti Cozef Bayden və Yaponiyanın Baş naziri Kişida Fumio “özünümüdafiə hüququna malik olduğunu” bildirdikləri İsraili beynəlxalq humanitar hüquqa riayət etməyə və mülki insanları qorumağa çağırıb.

Ağ Evdən verilən yazılı açıqlamaya görə, Bayden və Kişida ABŞ-ın San-Fransisko şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı (APEC) Sammiti çərçivəsində görüşüb.

Görüş zamanı qlobal və regional təhlükəsizliyin artırılması, ikitərəfli təhlükəsizlik və iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib.

Görüşdə “İsrailin özünümüdafiə etmək hüququ olduğu” bildirilib və İsrailə beynəlxalq humanitar qanunlara əməl etməyə və mülki insanları müdafiə etməyə çağırış edilib.

Qəzzadakı mülki əhalinin təcili ehtiyaclarını çatdırmaq üçün birgə işləməyə razılaşan Bayden və Kişida münaqişənin yayılmasının qarşısını almaq və davamlı sülhə nail olmaq üçün birlikdə çalışacaqlarına söz veriblər.

Digər tərəfdən, dövlət katibi Entoni Blinken İsrailin keçmiş müdafiə naziri və ölkədə "müharibə kabineti" olaraw adlandırılan “Fövqəladə vəziyyət höküməti”nin üzvü Benni Qantz ilə telefon danışığında İordan çayının qərb sahilində qanunsuz məskunlaşan yəhudilərin fələstinlilərə qarşı zorakılığının dayandırılmasına çağırıb.

ABŞ Dövlət Departamentindən verilən yazılı açıqlamada, görüşdə Qəzzaya ehtiyac duyulan humanitar yardımların ən qısa zamanda çatdırılmasının vacibliyinin vurğulandığı, əsirlərin, o cümlədən ABŞ vətəndaşları daxil girovların azad edilməsinin müzakirə edildiyi bildirilib.

Açıqlamada “Məskunlaşanların ekstremist zorakılığının artması ilə mübarizə etmək də daxil İordan çayının qərb sahilində gərginliyin azaldılması üçün qəti addımların atılmasının vacibliyini vurğuladı" deyilib.

Həmçinin qeyd edilib ki, Blinken görüş zamanı ABŞ-ın iki dövlətli həllə sadiqliyini bir daha ifadə edib.

Blinken "X" sosial media hesabında verdiyi açıqlamada bunları söyləyib:

“Misirin xarici işlər naziri Samih Şükri ilə Qəzzadakı vəziyyəti, mülki əhalinin qorunmasının vacibliyini və Qəzzada fələstinlilərin məcburi köçkünlüyünü rədd etməyimizi müzakirə etdik”.

ABŞ dövlət katibi Blinken Qəzzaya humanitar yardım axınını təmin etdiyi üçün Misirə təşəkkür etdiyini bildirib.



Әlaqәli Xәbәrlәr