Yair Lapid Binyamin Netanyahunun istefaya göndərilməsini istəyib

İsrail müxalifətinin lideri Yair Lapid baş nazir Benyamin Netanyahunun istefaya göndərilməsini və onun postuna ''Likud'' partiyasının başqa  bir üzvünün təyin edilməsini istəyib.

2065134

“The Times of Israel”in yaydığı məlumatına görə, İsrailin ''Kanal 12'' telekanalına müsahibə verən Yair Lapid Qəzzaya hücumlardan sonra İsrail xalqının Netanyahuya inamını itirdiyini bildirib.
Yair Lapid xalqın Netanyahuya etibar etmədiyinə diqqət çəkib.
"Artıq inanmadığımız bir Baş nazirlə uzunmüddətli hərbi əməliyyat keçirə bilmərik'',-deyə Yair Lapid qeyd edib.
Binyamin Netanyahunun istefaya göndərilməsinin vacibliyini vurğulayan Lapid ad çəkmədən “Likud'' partiyasında Baş nazirin getmə vaxtının gəldiyini anlayan çox sayda insanın olduğunu deyib.
''Likud'' partiyasının verdiyi bəyanatda deyilir: “Lapid müharibə şəraitində siyasi maraqlarına uyğun hərəkət edir. Onun hərbi əməliyyat aparan Baş naziri devirməyə cəhd etməsi üzücü və utancvericidir''.

İşçi Partiyasının lideri Merav Mikaeli rəsmi ''X'' səhifəsində etdiyi paylaşımda Lapidin Netanyahunun istefaya çağırışını dəstəkləməsindən duyduğu məmnunluğu ifadə edib.

Әlaqәli Xәbәrlәr