Qəzza zolağının mərkəzi və şimal hissələri bombalanıb

İsrailin döyüş təyyarələri və artilleriyası Qəzza zolağının mərkəzi və şimal hissələrini bombalayıb.

2064931
Qəzza zolağının mərkəzi və şimal hissələri bombalanıb

İsrailin döyüş təyyarələri və artilleriyası Qəzza zolağının mərkəzi və şimal hissələrini bombalayıb.
Fələstinin WAFA xəbər agentliyinin məlumatına görə, Qəzza zolağının mərkəzi hissəsindəki Nusayrat qaçqın düşərgəsindəki bir evə edilən hava hücumu nəticəsində ölən və yaralananlar olub.

İndoneziya xəstəxanası ərazisi və şəhərin şimalındakı Beyt Lahiye bölgəsi döyüş təyyarələri tərəfindən hədəfə alınıb.

Hava zərbələri ilə eyni vaxtda şəhərin hücuma məruz qalan ərazilərinə fişənglər atılıb.

Qəzzanın bəzi digər bölgələrində, xüsusilə Rimal bölgəsində intensiv artilleriya atəşi açılıb. Hücumlar səbəbilə yollarda maşınların hərəkətinə maneə törədilsə də, yaralıları xilas etmək üçün təcili yardımların bölgələrə çatması mümkün olmayıb.

Bundan əlavə, İsrail döyüş təyyarələri çox sayda qəzzalının evlərini tərk etməli olduğu Orta Yanacaq Stansiyası kimi tanınan əraziyə zərbələr endirib. Hücum nəticəsində ölən və yaralananların olduğu bildirilir.



Әlaqәli Xәbәrlәr