İsrail "Həmas"ın əsir mübadiləsi təklifini qəbul etməyib

"Həmas" ilə danışıqlardakı vasitəçilər "İsrailin daha geniş miqyaslı əsir mübadiləsini istədiyini bildiklərini

2065108
İsrail "Həmas"ın əsir mübadiləsi təklifini qəbul etməyib

İsrailin dövlət televiziyası KAN-ın məlumatına görə, "Həmas"ın təklif çərçivəsində 50 israilli əsirin sərbəst buraxılması müqabilində Qəzzada döyüşlərə 3 günlük fasilə verilməsini və fələstinli qadın və uşaqların azad edilməsi şərtini irəli sürdüyü bildirilib.

İsrailin Kanal 12 telekanalının xəbərində adı açıqlanmayan bir İsrail rəsmisi bildirib ki, "Həmas" ilə danışıqlardakı vasitəçilər "İsrailin daha geniş miqyaslı əsir mübadiləsini istədiyini" bildirib.

"Həmas"ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeyde "Həmas"ın "Telegram" kanalında yayımlanan səs yazısında qətərli vasitəçilərin keçən həftə boyunca Qəzzadakı israilli əsirlərin qarşılığında 200 fələstinli uşaq və 25 qadının azad edilməsi üçün çalışdıqlarını qeyd edib. 

İsrailin Qəzzadakı 100 qadın və uşağın azad edilməsini istədiyini ifadə edən Əbu Ubeyde Qassam olaraq 5 günlük atəşkəslə 50 qadın və uşağı sərbəst buraxa biləcəklərini və bu rəqəmin 70-ə çata biləcəyini vasitəçilərə çatdırdıqlarını bildirib.

Əsir mübadiləsi üçün razılaşmaya atəşkəs və humanitar yardımların daxil olmasını tələb etdiklərini ifadə edən Əbu Ubeyde İsrailin bu məsələni "təxirə saldığını və yayındığını" ifadə edib.



Әlaqәli Xәbәrlәr