Bayden fikrini Netanyahuya çatdırdığını bildirib

ABŞ Prezidenti Cozef Bayden Fələstin probleminin iki dövlətli həllinin “son cavab” olduğu fikrini İsrailin Baş naziri Benyamin Netanyahuya çatdırdığını bildirib.

2065081

Bayden ABŞ-da rəsmi səfərdə olan Çin Prezidenti Si Cinpinlə mətbuat konfransı keçirib.

Fələstin məsələsində son cavabın iki dövlətli həll olduğunu israillilərə, Netanyahu və kabinetinə çatdırdığını bildirən Bayde, İsrailin Qəzzaya hücumlarının nə qədər davam edəcəyini bilmədiyini qeyd edib.

Bayden "İsrailin Qəzzaya hücumları nə vaxt dayanacaq? Düşünürəm ki, "Həmas" artıq israilliləri öldürmək, təcavüz etmək və onlara dəhşətli şeylər tətbiq etmək gücünə malik olmadıqda İsrail dayanacaq" deyib.

ABŞ prezidenti əsirlər üçün əllərindən gələni edəcəklərinə diqqət çəkib, lakin bunun ABŞ əsgərlərinin bölgəyə göndərilməsi mənasını daşımadığını da vurğulayıb.

Әlaqәli Xәbәrlәr