Qahirə: "Rəfah" keçid məntəqəsi açıqdır, İsrail yardımların daxil olmasına mane olur

Misir Qəzza zolağına gedən "Rəfah" keçid məntəqəsinin bağlanmadığını açıqlasa da, İsrail yardımların daxil olmasına mane olub.

2063999

Misir Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Əbu Zeyd mətbuata açıqlamasında "Rəfah" keçid məntəqəsinin bağlı saxlandığına dair məlumatın doğru olmadığını bildirib və  "Qəzza zolağındakı böhran başladığından bəri “Rəfah" keçid məntəqəsi heç vaxt bağlanmayıb. "Rəfah" keçid məntəqəsi açıqdır" deyib.

“Qadağanedici şərtlərlə və əsassız bəhanələrlə Qəzza zolağına yardımın daxil olmasına mane olan İsrail tərəfidir” deyən Əbu Zeyd bunun əksini iddia edənləri qınadıqlarını bildirib.

Əbu Zeyd "Keçid məntəqəsinin bağlı olduğunu iddia edənlər, bölgəyə səfər edən Birləşmiş Millətlər Təşkilatı rəsmilərinin açıqlamalarına baxsınlar" deyib. 
Əbu Zeyd xatırladıb ki, Misir tərəfinin humanitar yardımların Qəzza tərəfinə davamlı şəkildə daxil ola bilməsi üçün üzərinə düşən öhdəlikləri yerinə yetirdiyini beynəlxalq rəsmilərin açıqlamalarından başa düşülə bilər.

Әlaqәli Xәbәrlәr