Qəzzada əlverişsiz hava şəraiti həyatı iflic edib

İsrailin 39 gündür ağır bombardmanlarına məruz qalan Qəzza zolağında əlverişsiz hava şəraiti həyatı iflic edib.

2064384
Qəzzada əlverişsiz hava şəraiti həyatı iflic edib

İsrailin 39 gündür ağır bombardmanlarına məruz qalan Qəzza zolağında əlverişsiz hava şəraiti həyatı iflic edib.
Bölgədə əsən güclü külək və yağış hücumlarda evləri dağıdılan fələstinlilərin məskunlaşdığı çadırları dağıdıb. Fələstinlilərin məktəbin həyətində qurduqları çadırlar su altında qalıb.
Fələstin dövlət televiziyası Qəzza zolağının cənubunda çadırda yaşayan fələstinli ailənin görüntülərini yayımlayıb.
İçində olduqları çətin vəziyyəti dilə gətirməyə çalışan fələstinli qadın deyib: "Çadırdakı hər şey islandı. Hətta uşaqların paltarları belə. Geyindiyimiz paltarlarla şimal tərəfdəki evlərimizdən çıxdıq. Başqa paltarımız yoxdur''.

Uşaqların xəstələnəcəyindən qorxduğunu dilə gətirən fələstinli qadın  yorğanların belə islandığını bildirib.
Xatırladaq ki, ''Həmas''ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları İsrailin fələstinlilərə və onların müqəddəs dəyərlərinə qarşı davamlı pozuntularına cavab olaraq oktyabrın 7-də səhər saatlarında hərtərəfli hücuma keçib. İsrail qüvvələri də buna cavab olaraq Qəzza zolağına intensiv hücumlara başlayıb. 
İsrail oktyabrın 7-dən bu yana 365-i əsgər olmaqla 1200-dən çox israillinin öldüyünü, 5132 nəfərin yaralandığını, onlardan 46-nın Qəzza zolağında, 6-nın isə şimalda Livanla sərhəddə baş verən qarşıdurmalarda yaralandığını açıqlayıb.

İsrailin məlumatına görə, Qəssam Briqadalarının əlində 239 israilli girov var.

İsrailin hücumları nəticəsində Qəzzada ölənlərin sayı 11 mini keçib.

İordan çayının qərb sahilində və Qüdsdə İsrail qüvvələri və yəhudilər 196 fələstinlini qətlə yetirib.



Әlaqәli Xәbәrlәr