Nigeriyada sərnişin daşıyan qayığın batması nəticəsində 32 nəfər ölüb

Nigeriyanın Taraba əyalətində sərnişin daşıyan qayığın batması nəticəsində 32 nəfər həyatını itirib.

2064000
Nigeriyada sərnişin daşıyan qayığın batması nəticəsində 32 nəfər ölüb

Nigeriyanın Taraba əyalətində sərnişin daşıyan qayığın batması nəticəsində 32 nəfər həyatını itirib.

Bildirilib ki, həftə sonu Taraba əyalətinin Kərim Lamido bölgəsindəki Benue çayında 50-yə yaxın sərnişini daşıyan qayıq çevrilib. Hadisədə 20-si uşaq olmaqla 32 nəfər həyatını itirib, çoxlu sayda insan itkin düşüb.

Qeyd edək ki, oktyabrın 28-də Nigeriyanın Mayorenero bölgəsindəki balıq bazarından Taraba əyalətinə qayıdan 100-dən çox sərnişini daşıyan qayıq Benue çayında aşmışdı. Qəzadan sonra başladılan xilasetmə işləri zamanı 18 nəfərin cəsədi tapılsa da, qayıqda olan 70 nəfərin hələ də itkin düşdüyü bildirilir.


Etiketlәr: #Nigeriya , #Benue çayı

Әlaqәli Xәbәrlәr