İsrail qaçqın düşərgəsinə yenidən hücum edib

Noyabrın 13-də axşam saatlarında İsrail döyüş təyyarələri Cəbəliya qaçqın düşərgəsinə hücum edib. Hava hücumundan sonra 12 bina dağıdılıb.

2063995
İsrail qaçqın düşərgəsinə yenidən hücum edib

Noyabrın 13-də axşam saatlarında İsrail döyüş təyyarələri Cəbəliya qaçqın düşərgəsinə hücum edib. Hava hücumundan sonra 12 bina dağıdılıb. 
İsrail təyyarələrinin Qəzza zolağının şimalındakı Cəbəliya qaçqın düşərgəsinə təşkil etdiyi hava hücumu nəticəsində azı 31 nəfər ölüb.

Fələstinin WAFA xəbər agentliyinin məlumatına görə, İsrail təyyarələri Cəbəliya qaçqın düşərgəsində idman klubunun yerləşdiyi ərazidə 12 evi bombalayıb.

Xilasetmə qrupları və vətəndaşlar indiyədək ən azı 31 nəfərin cəsədini tapıblar. Hücum zamanı çoxlu sayda insan yaralanıb.

Hücumlarda ölən və yaralananlar İndoneziya Xəstəxanasına çatdırılıb.



Әlaqәli Xәbәrlәr