Devid Kemeron İngiltərənin xarici işlər naziri təyin olundu

Kemeron verdiyi açıqlamada ölkəsinin Ukrayna və Orta Şərqdəki müharibələr də daxil olmaqla, "qorxuducu beynəlxalq çağırışlarla" ilə üzləşdiyinə diqqət çəkib.

2063945
Devid Kemeron İngiltərənin xarici işlər naziri təyin olundu

İngiltərə Baş naziri Rişi Sunakın Fələstinə dəstək nümayişlərini qadağan etməyə çalışan daxili işlər naziri Suella Bravermanı vəzifəsindən azad etməsi və kabinetini yenidən nəzərdən keçirməsi ilə 7 il siyasətdən uzaq olan keçmiş Baş nazir David Cameron ölkənin yeni xarici işlər naziri oldu.

İngiltərənin xarici işlər naziri  Ceyms Kleverlinin işdən çıxarılan Bravermanı əvəz edərək ölkənin yeni daxili işlər naziri olması ilə Kemeron da Xarici İşlər Nazirliyində boş olan vəzifəyə təyin edilərək aktiv siyasətə qayıdıb.

Kemeron xarici işlər naziri təyin edildikdən sonra verdiyi açıqlamada ölkəsinin Ukrayna və Orta Şərqdəki müharibələr də daxil olmaqla, "qorxuducu beynəlxalq çağırışlarla" ilə üzləşdiyinə diqqət çəkib.

David Kemeron “Son 7 ildə cəbhə xəttində siyasətdə olmasam da, ümid edirəm ki, 11 il Mühafizəkarlar Partiyasının lideri və 6 il Baş nazir kimi təcrübəm bu həyati problemlərin həllində Baş nazir Sunakı dəstəkləməyə kömək edəcək” deyib.



Әlaqәli Xәbәrlәr