Bosniya və Herseqovinada Fələstinə dəstək aksiyası keçirilib

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda İsrailin beş həftədir Qəzzaya təşkil etdiyi amansız hücumlarına etiraz etmək üçün Fələstinə dəstək aksiyası keçirilib.

2063744

Bosniya və Herseqovinada Müstəqil Gənclər Görüşünün təşkil etdiyi nümayişə minlərlə insan qatılıb. Nümayişçilər Başçarşıdakı tarixi fəvvarə qarşısında toplaşıblar.
Nümayişçilər "Qəzzada soyqırımı dayandırın", "Dünən Srebrenitsa, bu gün Qəzza'' və "Dünya niyə susur?" şüarlarının yazıldığı plakatlar qaldırıblar.
Aksiyaçılar Qəzza zolağında dinc əhalinin, uşaq və qadınların qətlə yetirilməsini dayandırmaq üçün şüarlar səsləndirib və mühasirə altında olan Fələstin ərazisində öldürülən uşaqların fotoşəkillərini daşıyıblar.

Әlaqәli Xәbәrlәr