Emmanuel Makron İsrailə çağırış edib

Fransa prezidenti Emmanuel Makron İsrailə mülki vətəndaşları bombalamağı dayandırması ilə əlaqədar çağırış edib.

2063247
Emmanuel Makron İsrailə çağırış edib

Fransa prezidenti Emmanuel Makron İsrailə mülki vətəndaşları bombalamağı dayandırması ilə əlaqədar çağırış edib.
Emmanuel Makron Britaniyanın BBC telekanalına verdiyi müsahibədə İsrailin Qəzzada həyata keçirdiyi hücumlarda mülki vətəndaşların həlak olduğunu bildirib.
"Körpələr, qadınlar və qocalar bombalanır və öldürülür. Bunun heç bir əsası və qanuniliyi yoxdur. Ona görə də biz İsraili dayanmağa çağırırıq",-deyə Emmanuel Makron qeyd edib.
Emmanuel Makron Fransanın ''Həmas''ın İsrailə hücumlarını açıq şəkildə pislədiyini xatırladıb.
E.Makron oktyabrın 7-də İsrail prezidenti və baş nazirinə zəng edən ilk liderlərdən biri olduğunu bildirib.
Atəşkəsin yeganə həll yolu olduğunu vurğulayan E.Makron İsrailin beynəlxalq qaydalara əməl edib-etmədiyi sualına belə cavab verib: “Mülki insanlara hücum etməyin heç bir əsası yoxdur”.
''Həmas''ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-də İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçdiyini açıqlayıb.
İsrail ordusu da buna cavab olaraq döyüş təyyarələri ilə Qəzza zolağına qarşı ''Dəmir qılınclar'' əməliyyatına başladığını açıqlayıb.



Әlaqәli Xәbәrlәr