Qəzzaya humanitar yardım daşıyan daha 65 yük maşını gəlib

İsrailin hücumları altında olan Qəzzaya humanitar yardım daşıyan daha 65 yük maşını gəlib.

2062721
Qəzzaya humanitar yardım daşıyan daha 65 yük maşını gəlib

İsrailin hücumları altında olan Qəzzaya humanitar yardım daşıyan daha 65 yük maşını gəlib
Fələstin Qızıl Aypara Cəmiyyəti daha 65 yardım maşınının "Rəfah" keçid məntəqəsindən keçərək blokadada olan Qəzza zolağına daxil olduğunu açıqlayıb.
Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən yazılı açıqlamada qruplarının Misir Qızıl Aypara Cəmiyyətindən 65 yük maşını və Küveytdən göndərilən 7 təcili yardım maşını təhvil aldığı bildirilib.

Açıqlamada yanacağın girişinə icazə verilmədiyi bildirilib və yük maşınlarında dərman, tibbi avadanlıq, qida, su və yardım materiallarının olduğu qeyd edilib.

Açıqlamada həmçinin İsrail tərəfindən blokada və sıx bombardman altında olan Qəzza zolağına indiyədək 821 yardım maşınının gəldiyi bildirilib.

Qeyd edək ki, İsrailin oktyabrın 7-də başlatdığı hücumlardan təxminən iki həftə sonra, əksəriyyəti tibbi ləvazimat və ərzaq daşıyan 20 yük maşınından ibarət ilk yardım karvanı oktyabrın 21-də "Rəfah" keçid məntəqəsindən keçərək Qəzza zolağına daxil olub.



Әlaqәli Xәbәrlәr