İsrail qüvvәlәri fәlәstinlilәrә aid evlәri dağıtdı

İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində iki fələstinli məhbusun evini yararsız hala salıb.

2063026
İsrail qüvvәlәri fәlәstinlilәrә aid evlәri dağıtdı

İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində iki fələstinli məhbusun evini yararsız hala salıb.
İsrail ordusu səhər saatlarında çox sayda əsgərlə İordan çayının qərb sahilindəki El Halil şəhərinin Dura qəsəbəsinə basqın edərək bəzi evləri mühasirəyə alıb.
İsrail qüvvələrinin texniki qrupu Duradakı fələstinli məhbuslar Məhəmməd əl-Şantir və Sakr əl-Şantirin evlərinə də partlayıcı yerləşdirib.
Həmin binanın birinci və ikinci mərtəbələrindəki mənzillərin divarları dağılıb. Buna reaksiya verən fələstinlilərlə İsrail əsgərləri arasında qarşıdurma yaşanıb. İsrail əsgərləri həqiqi və rezin güllələrlə yanaşı, qaz bombaları ilə fələstinli gənclərə müdaxilə edib.



Әlaqәli Xәbәrlәr