Fransa ilk dəfə Qəzzada atəşkəsə çağırıb

Fransa prezidenti  Emmanuel Makron münaqişə başlayandan bəri ilk dəfə Qəzza zolağında atəşkəsin elan edilməsi ilə əlaqədar çağırış etdi  və Fransanın davam edən gərginliklə ilə bağlı diplomatik mövqeyində əhəmiyyətli dəyişikliyə işarə etdi.

2062790
Fransa ilk dəfə Qəzzada atəşkəsə çağırıb

Fransa ilk dəfə Qəzzada atəşkəsə çağırıb.

Fransa prezidenti  Emmanuel Makron münaqişə başlayandan bəri ilk dəfə Qəzza zolağında atəşkəsin elan edilməsi ilə əlaqədar çağırış etdi  və Fransanın davam edən gərginliklə bağlı diplomatik mövqeyində əhəmiyyətli dəyişikliyə işarə etdi.
Emmanuel Makron deyib: "Yaxın müddətdə mülki insanları qorumaq üçün çalışmalıyıq. Bu, çox sürətli humanitar fasilə tələb edir və atəşkəsin təmin edilməsi üçün çalışmalıyıq".
Fransa Prezidenti Emmanuel Makron Qəzza zolağında mülki şəxslərin qorunmasının "tamamilə zəruri" olduğunu və insan həyatının qorunması ilə bağlı ikili standartların ola bilməyəcəyini vurğulayaraq "Bu, müzakirə edilə bilməz" deyib
Emmanuel Makron İsrailin özünü müdafiə etmək və öz xalqını qorumaq hüququna malik olduğunu bildirib. O, həmçinin İsrail hökumətinin qanunlara hörmət etmək və mülki insanları qorumaq kimi mühüm məsuliyyəti olduğunu bildirib.
Prezident Emmanuel Makron bir aydan çoxdur bombardmanlara və tam mühasirəyə məruz qalan Qəzzada humanitar vəziyyətin “hər gün daha da pisləşdiyini” vurğulayıb.
E.Makron həmçinin ölkəsinin bu il Fələstin xalqına humanitar yardım üçün əlavə 80 milyon avro ayıracağını və bu yardımı ümumilikdə 100 milyon avroya çatdıracağını açıqlayıb.
Birləşmiş Millətlər Təşkilatının baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits deyib: "Humanitar atəşkəsə ehtiyacımız var. Humanitar məqsədlər üçün silahları susdurmalıyıq".



Әlaqәli Xәbәrlәr