Entoni Blinken və Subrahmanyam Caişankar arasında görüş olub

Hindistan və ABŞ-ın xarici işlər və müdafiə nazirləri  Yeni Dehlidə keçirilən görüşdə Hind-Sakit okean regionunda təhlükəsizlik məsələləri, Qəzzada davam edən münaqişələr və Çinlə bağlı məsələləri müzakirə ediblər.

2063080
Entoni Blinken və Subrahmanyam Caişankar arasında görüş olub

Hindistan və ABŞ-ın xarici işlər və müdafiə nazirləri  Yeni Dehlidə keçirilən görüşdə Hind-Sakit okean regionunda təhlükəsizlik məsələləri, Qəzzada davam edən münaqişələr və Çinlə bağlı məsələləri müzakirə ediblər.
ABŞ dövlət katibi Entoni Blinken ABŞ və Hindistan arasında güclü tərəfdaşlığın olduğunu bildirib.
Entoni Blinken müdafiə sahəsində əməkdaşlığın iki ölkə arasındakı münasibətlərin təməl daşı olduğunu, ABŞ və Hindistanın beynəlxalq səviyyədə qaydalara əsaslanan nizamın möhkəmlənməsini təmin etdiyini bildirib.
Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar isə öz növbəsində bildirib ki, Yaxın Şərqdəki vəziyyət böyük narahatlıq doğurur.

Hindistan ''Həmas''ın oktyabrın 7-də İsrailə hücumunu pislədi, lakin daha sonra mövqeyini tarazlaşdırmaq üçün “Hindistan həmişə İsraillə sülh şəraitində, təhlükəsiz və müəyyən sərhədlər daxilində yaşayan suveren və müstəqil Fələstin dövlətinin yaradılması üçün birbaşa danışıqların başlanmasını dəstəkləyir'' şəklində bəyanat vermişdi.

Blinken ABŞ-ın Asiyadakı regional tərəfdaşları ilə intensiv diplomatiya aparmağa davam edir. Bu diplomatik səy Rusiyanın Ukraynadakı müharibəsi və digər mühüm məsələlərdə ortaq mövqe nümayiş etdirmək və Qəzzada mövcud fikir ayrılıqlarının dərinləşməsinin qarşısını almaq məqsədi daşıyır.

Səfərlə bağlı açıqlama verən ABŞ Müdafiə Nazirliyi müdafiə naziri Lloyd Ostin və hindistanlı həmkarı Rajnat Singhin kəşfiyyat, müşahidə, sursat və digər sahələrdə texnoloji əməkdaşlıq və birgə istehsal prosesləri də daxil olmaqla yol xəritəsini müzakirə edəcəklərini bildirib.



Әlaqәli Xәbәrlәr