Mahmud Abbas Hollandiya və Avstraliya Baş nazirləri ilə telefon əlaqəsi saxlayıb

Fələstin prezidenti Mahmud Abbas işğalçı İsrail qüvvələrinin Qəzza zolağının bölünməsi planlarının qəbuledilməz olduğunu və Qəzzanın Fələstinin ayrılmaz parçası olduğunu bildirib.

2062263

Fələstinin WAFA xəbər agentliyinin məlumatına görə, Mahmud Abbas Hollandiya və Avstraliyanın baş nazirləri Mark Rutte və Entoni Albanese ilə ayrı-ayrılıqda telefon əlaqəsi saxlayıb.
Hollandiyanın baş naziri Mark Rutte ilə görüşündə "İşğalçı qüvvələrin Qəzzanı bölmək planları qəbuledilməzdir" deyən Mahmud Abbas Qəzzanın Fələstin dövlətinin ayrılmaz parçası olduğunu bildirib. 
Mahmud Abbas Fələstin xalqının azadlıq, müstəqillik və suverenliyə nail olması üçün beynəlxalq legitimliyə əsaslanan siyasi həll yolunun həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Mahmud Abbas və Avstraliyanın Baş naziri Entoni Albanese arasında baş tutan telefon danışığında isə Fələstin xalqına qarşı zorakılığın dərhal dayandırılmasının əhəmiyyəti qeyd olunub.
Mahmud Abbas Fələstin xalqının qanuni təmsilçisi olduğunu və milli qərarlar qəbul etmək hüququna malik olduğunu qeyd edib.

Әlaqәli Xәbәrlәr