Feysal bin Fərhan və Ceyms Kleverli Qəzzadakı son vəziyyəti müzakirə ediblər

Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysal bin Fərhan Qəzza zolağında yaranmış gərginliyə dərhal son qoymağa və mühasirənin aradan qaldırılmasına çağırıb.

2062649
Feysal bin Fərhan və Ceyms Kleverli Qəzzadakı son vəziyyəti müzakirə ediblər

Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysal bin Fərhan Qəzza zolağında yaranmış gərginliyə dərhal son qoymağa və mühasirənin aradan qaldırılmasına çağırıb.
Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, Feysal bin Fərhan paytaxt Ər-Riyadda ingiltərəli həmkarı Ceyms Kleverli ilə görüşüb.
Müxtəlif sahələrdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi imkanlarının müzakirə edildiyi görüşdə İsrailin mühasirəsi altında olan Qəzza zolağında baş verən son hadisələr və bu məsələ ilə bağlı beynəlxalq səylər müzakirə edilib.
Feysal bin Fərhan heç bir şəkildə mülki əhalinin hədəf alınmasını qəbul etmədiklərini vurğulayaraq, Qəzza zolağında yaranmış gərginliyə dərhal son qoymağa və mühasirənin  aradan qaldırılmasına çağırıb.
''Həmas''ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları İsrailin fələstinlilərə və onların müqəddəs dəyərlərinə qarşı davamlı pozuntularına cavab olaraq oktyabrın 7-də səhər saatlarında hərtərəfli hücuma keçib. İsrail qüvvələri də buna cavab olaraq Qəzza zolağına intensiv hücumlara başlayıb. 
İsrail rəsmiləri Qəzzadan həyata keçirilən hücumlarda 352-si əsgər olmaqla 1400-dən çox israillinin öldüyünü, 5132 nəfərin də yaralandığını açıqlayıb.
İsrailin məlumatına görə, Qəssam Briqadalarının əlində 239 israilli girov var.

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin hücumları nəticəsində 4324-ü uşaq və 2823-ü qadın olmaqla 10.569 fələstinli həlak olub, azı 26.475 nəfər isə yaralanıb.

İşğal altındakı İordan çayının qərb sahili və Qüdsdə İsrail qüvvələrinin və yəhudilərin hücumları nəticəsində 173 fələstinli ölüb.



Әlaqәli Xәbәrlәr