İsrail ABŞ-dan yüzlərlə kamikadze istədi

İsrail dövlət televiziyası KAN-ın xəbərində deyilib ki ...

2062164
İsrail ABŞ-dan yüzlərlə kamikadze istədi

 

  İsrail dövlət televiziyası KAN-ın xəbərində İsrailin ABŞ-dan 200 ədəd kamikadze dron "Sustalı-600" tipli PUA istədiyi bildirilib.

  Xəbərdə sözügedən PUA-ların qabaqcıl kameraya malik olduğu, bir sıra partlayıcı maddələr daşıya bildiyi, yaxınlıqdakı PUA-lardan məlumat alma qabiliyyəti, 40 kilometr uçuş mənzilli olması və 40 dəqiqə havada qaldığı bildirilib. Amma məsələ ilə bağlı ABŞ və İsrail hökumətləri açıqlama verməyib.

  Xatırladaq ki, “Həmas”ın hərbi qanadı Qəssam birləşmələri oktyabrın 7-də İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib. Buna cavab olaraq İsrail ordusu döyüş təyyarələri ilə Qəzza zolağına qarşı “Dəmir qılınclar” əməliyyatına başladığını açıqlayıb. Artan gərginlikdə hər iki tərəfdən minlərlə itki var.



Әlaqәli Xәbәrlәr