ABŞ-ın paytaxtı Vaşinqtonda Fələstinə dəstək nümayişi keçiriləcək

Bu gün ABŞ-ın paytaxtı Vaşinqtonda  Qəzzada atəşkəsin elan edilməsi və ABŞ-ın İsrailə yardımı dayandırması tələbi ilə etiraz aksiyası keçiriləcək.

2060157

“Vaşinqtona Milli Yürüş: Azad Fələstin” adı altında təşkil edilən nümayişə 30 min adamın qatılacağı gözlənilir.
Sülh tərəfdarı yəhudi qrupların da daxil olduğu qeyri-hökumət təşkilatları tərəfindən təşkil edilən nümayiş yerli vaxtla saat 14:00-da Freedom  Plaza meydanında başlayacaq.
Nümayişöilər buradakı çıxışlardan sonra  Ağ Evin ətrafında yürüş edəcək və Qəzzada atəşkəsin elan olunması ilə əlaqədar çağırış edəcək. Nümayişçilər həmçinin  Co Bayden administrasiyasından ABŞ-ın İsrailə yardımını dayandırmasını tələb edəcəklər.

Әlaqәli Xәbәrlәr