Türkiye-Fələstin Dostluq Xəstəxanası fəaliyyətini dayandırıb

Türkiye-Fələstin Dostluq Xəstəxanasının dünən fəaliyyətini dayandırmaq məcburiyyətində qalmasından sonra 4 xərçəng xəstəsinin həyatını itirdiyi bildirilib.

2059680
Türkiye-Fələstin Dostluq Xəstəxanası fəaliyyətini dayandırıb

Qəzzada Türkiye-Fələstin Dostluq Xəstəxanası fəaliyyətini dayandırıb: 4 xərçəng xəstəsi dünyasını dəyişib
Blokadada olan Qəzza zolağında onkoloji şöbəsi olan yeganə xəstəxana olan Türkiye-Fələstin Dostluq Xəstəxanasının dünən fəaliyyətini dayandırmaq məcburiyyətində qalmasından sonra 4 xərçəng xəstəsinin həyatını itirdiyi bildirilib.
Xəstəxananın direktoru Sübhi Sukeyk "Yanacaq tükənməsi səbəbindən xəstəxananın tamamilə xidmətdən çıxması nəticəsində bu gün 4 xərçəng xəstəsi həyatını itirdi" deyib.

S.Sukeyk lazımi tibbi imkanların olmaması səbəbindən xəstələrin həyatını itirdiyinə diqqət çəkib.

Xəstəxana direktoru Türkiye-Fələstin Dostluq Xəstəxanasında olan xəstələrin hamısının Qəzza zolağının cənubundakı Xan Yunusdakı Darüs-Salam xəstəxanasına köçürüldüyü barədə məlumatı paylaşıb.

Qeyd edək ki, "Sərhədsiz həkimlər" təşkilatı noyabrın 1-də Qəzzadakı Türkiye-Fələstin Dostluq Xəstəxanasının yanacaq çatışmazlığı və müəssisəyə edilən hücumlar səbəbindən xidmətlərini dayandırdığını açıqlayıb.

Açıqlamada "Türkiye-Fələstin Dostluq Xəstəxanası yanacaq çatışmazlığı və obyektə təsir edən çoxsaylı hücumlar səbəbilə bu gündən etibarən xidmət göstərməyi dayandırıb. Bu, Qəzza zolağında xərçəng xəstələrinin müalicə ala biləcəyi yeganə dövlət xəstəxanasıdır və onlarla insan həyatını itirir, xərçəng xəstələri indi ciddi risk altındadır" ifadələri yer alıb.

BMT-nin Humanitar Koordinasiya Ofisinin gün ərzində verdiyi açıqlamada Qəzza zolağında xərçəng xəstələrinin müalicə aldığı yeganə xəstəxananın xidmətdən çıxmasından sonra 70 xərçəng xəstəsinin ölüm təhlükəsi ilə üzləşdiyi vurğulanıb.

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən blokadada olan Qəzza zolağında (2011-2017) inşa edilən Türkiye-Fələstin Dostluq Xəstəxanası bir-birinə bağlı 8 blok, 4 əməliyyat otağı, reanimasiya şöbələri, laboratoriyalar və ümumilikdə 180 otaqdan ibarətdir.



Әlaqәli Xәbәrlәr